Bakıda 23 yaşlı oğlanı maşının baqajına salıb apardılar – <span style="color:red;">TƏFƏRRÜAT
11 fevral 2014 11:28 (UTC +04:00)

Bakıda 23 yaşlı oğlanı maşının baqajına salıb apardılar – TƏFƏRRÜAT

Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 9-da, Bakı şəhər sakini 23 yaşlı Əbülfəz Rəhimov Xəzər RPİ 1-ci PB-yə müraciət edərək bildirib ki, həmin gün saat 16:30 radələrində, Türkan qəsəbəsində iki nəfər naməlum şəxs onu zorla Bakı şəhər sakini Tehran Təhməzova məxsus, «VAZ-2106» markalı avtomobilə əyləşdirərək dəniz kənarına aparıb. Yolda onun  əlindən mobil telefonu və təsbehini alaraq bıçaqla hədələyiblər. Həmçinin Ə.Rəhimovdan bir daha qəsəbəyə gəlməməsini tələb ediblər. Daha sonra naməlum şəxslər Ə.Rəhimovu avtomobilin yük yerinə salaraq ünvanını bilmədiyi emalatxanaya aparıblar. Burada saat 17.00-dan 18.00-dək saxladıqdan sonra gənc oğlan sərbəst buraxılıb.

 

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda  şübhəli bilinən Türkan qəsəbə sakinləri Vilayət Əliyev və Tehran Təhməzov tutulub.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı oğlan Türkan qəsəbəsinə sevdiyi xanımı görməyə gəlibmiş. Əbülfəz Rəhimovun hərəkətlərindən narahat olan qəsəbə sakinləri isə onun gözünü qorxutmaq üçün bu hərəkəti ediblər.

 

# 8025
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28