Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Əliyəddin oğlu Əliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 18 yaşlı Elmar İmran oğlu Novruzovu bıçaqlayıb. E. Novruzov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Ş. Əliyev tutulub.
Polisdən E. Novruzovun Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbəsi olduğu bildirilib.
*****
10:40
Dekabrın 9-da Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dünənsaat 17:30 radələrində, Rezervuar küçəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Elmar Novruzova bıçaqla ağır bədən xəsarəti yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Əliyev tutulub.
Araşdırmalar davam etdirilir.