Bakıda axtarışda olan 16 yaşlı oğlan tutulub. Lent.az-ın məlumatına görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 30-da gecə saatlarında xuliqanlıq zəminində Sahil qəsəbə sakini Dilqəm Əhmədovu döyərək, bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Bəhruz Qorçiyev tutulub.
Qeyd edək ki, B.Qorçiyevin əvvəllər məhkumluğu olub.
Araşdırmalar davam etdirilir.