Bakının Qaradağ rayonunda yeniyetmə döyülüb.
APA xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, 15 yaşlı İsmayılov Rizvan Söhrab oğlu qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Lazımi tibbi göstərilən R.İsmayılovun vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir.
Məlumata görə, yeniyetmə qonşuluqda yaşayan bir neçə şəxs tərəfindən döyülüb.