Bakı və Kürdəmir sakinindən tapança götürüldü
01 aprel 2016 17:25 (UTC +04:00)

Bakı və Kürdəmir sakinindən tapança götürüldü

Bakı şəhər sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cümşüd Hüseynovdan nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron götürülüb. Bundan başqa Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yenikənd kənd sakini Abdulbağı Qubadovun evinə baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı, tapança kaburası, müvafiq sənədləri olmayan “İJ-43M” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Sumqayıt şəhəri ərazisində aparılan qazıntı işləri zamanı isə oradan “TOZ-8” markalı tüfəng, “AK” markalı silaha aid patron darağı və 700 ədəd patron tapılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar