
Bakı sakininin avtomobilindən 1 kq çox heroin tapıldı
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55