Bakı sakinini döyüb öldürən qardaşlar tutuldu
Bakı şəhər sakini Bağır Piriyevi döyərək ölümünə səbəb olmuş şəxslər müəyyən edilərək saxlanılmışlar
Sentyabrın 28-də Bakı şəhər sakini Bağır Piriyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məlumat daxil olub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə B.Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri R.Ağayev və qardaşı K.Ağayevin münaqişə zəminində döyməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən hər 2 şəxs saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
467