Bakı sakini birlikdə yaşadığı qadını boğub öldürdü - YENİLƏNİB
29 mart 2015 13:25 (UTC +04:00)

Bakı sakini birlikdə yaşadığı qadını boğub öldürdü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Sabunçuda törədilən qətllə bağlı məlumat yayıb. Lent.az-ın DİN-in saytına istinadən xəbərinə görə, martın 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən ev alqı-satqı ofisində orada işləyən, əvvəllər məhkum olunmuş Nuridin Bayramov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Zeynəb Alışovanı boğma yolu ilə qətlə yetirib.

 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Bayramov tutulub.

 

 

***

 

10:28

 

Bakıda qətl hadisəsi baş verib.

 

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində, Müslüm Maqomayev küçəsi ev 15-də qeydə alınıb.

 

Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Nuriddin Məmmədtağı oğlu Bayramov qeyri-rəsmi yaşadığı həmyerlisi, 1969-cu il təvəllüdlü Zeynəb İsmayıl qızı Alışovanı boğaraq öldürüb. Hadisəni törədən N. Bayramov tutulub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161

Oxşar yazılar