Bakı sakini civə satarkən yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Hacıyev 1 kiloqram 285 qram metallik civəni 5000 manata satarkən tutulub.
Araşdırma aparılır.