APA-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində Bakı - Qazax avtomagistralının 347-ci kilometrliyində, yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhəri sakini, 1987-ci il təvəllüdlü Aqil Abbasovun idarə etdiyi “Ford Tranzit” markalı kiçik həcmli yük maşını onun qarşısına kəsişmə yoldan qəflətən çıxan KamAZ” markalı betonqarışdıran ilə toqquşub. Nəticədə “Ford Tranzit”in sürücüsü və sərnişini - Bakı sakini, 1973-cü il təvəllüdlü İlqar Həsənov ağır yaralanaraq, Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların birinin vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir.
Qəzanın səbəbkarı olduğu ehtimal edilən “KamAZ”-ın sürücüsü heç bir xəsarət almayıb və o, hadisə yerindən uzaqlaşıb.