Bakı-Ağstafa qatarının daşa basılmasına görə cinayət işi başlandı
27 yanvar 2016 10:34 (UTC +04:00)

Bakı-Ağstafa qatarının daşa basılmasına görə cinayət işi başlandı

0

 

Bakı-Ağstafa qatarının daşa basılması faktı ilə bağlı cinayət işi başlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böyük kəsik-Bakı sərnişin qatarının Tovuz rayonu ərazisində xuliqanlıq zəminində daşa basılması və iki nəfırin xəsarət alması faktı ilə bağlı nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Qeyd edək ki, yanvarın 22-si saat 23 radələrində Böyük kəsik-Bakı sərnişin qatarı Tovuz rayonu ərazisində hərəkətdə olarkən naməlum şəxs və ya şəxslərin xuliqanlıq zəminində daş ataraq qatarın bir neçə pəncərə şüşələrini sındırıblar. Nəticədə 2 nəfər sərnişin yüngül xəsarət alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar