Rusiyada Azərbaycan vətəndaşı keşişi qarət edib.
Lent. az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda daimi yaşayış yeri olmayan 52 yaşlı Azərbaycan vətəndaşı keşişin portfelini oğurlayıb.
Portfeldə zərli xaç, kilsə tikintisi üçün 250 min rubl, müqəddəs sayılan dini əşyalar olub. Oğrunu isti izlərlə saxlamaq mümkün olub. Onun üzərindən oğurlanan əşyalar tapılıb, lakin o, pulun böyük hissəsini xərcləməyi bacarıb. Azərbaycanlı isə ifadəsində deyib ki, pulu ondan oğurlayıblar. Cinayət işi açılıb.