Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində girov götürülən Azərbaycan vətəndaşına baş çəkiblər.
Bu barədə APA - ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, ondan ailəsinə məlumat çatdırılıb.
Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb.
BQXK əməkdaşları həmçinin erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə də baş çəkiblər.
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
H. Həsənov Dağlıq Qarabağda dəfn edilib.