Rza Zərrabın müğənni arvadı zorla məhkəməyə aparılacaq - <span style="color:red;">ŞOK QƏRAR
24 iyun 2016 15:37 (UTC +04:00)

Rza Zərrabın müğənni arvadı zorla məhkəməyə aparılacaq - ŞOK QƏRAR

Bir müddət əvvəl ABŞ-ın Mayami ştatında həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın həyat yoldaşı, tanınmış müğənni Ebru Gündeş məhkəmədə ifadə verməli olacaq. Lent.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən biznesmenin xanımına aldığı villanın uçurulması ilə bağlı məhkəmə prosesi çərçivəsində onun məhkəmədə ifadə vermək zərurəti yaranıb. Ebru Gündeşin vəkili məhkəməyə onun xəstəliyi ilə bağlı arayış təqdim etsə də, hakimlər kollegiyası bununla razılaşmayıb və müğənninin zorla məhkəməyə gətirilməsinə qərar verilib.

 

Məhkəmə Ebru Gündeşlə yanaşı həyat yoldaşı Rza Zərrabın da zorla gətirilməsinə qərar verib. Əgər iş adamı ABŞ-da azadlığa çıxarsa, Türkiyədə də məhkəmə qarşısına çıxmalı olacaq. 

# 220
avatar

Oxşar yazılar