Avqustun 8-də Krımda, Qasfort dağında Moskva “Gecə qurdları” motoklubunun təşkilatçılığı ilə “Qayıdış” adlı bayk-şou təşkil edilib. Vesti.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, “Krımın yenidən Rusiyaya birləşməsi”nə həsr olunan şouda azərbaycanlı baykerlər də iştirak edib.
Şounun əsas məqsədi bütün dünyaya “Krım bizimdir” demək olub.
“Gecə qurdları” motoklubu SSRİ-də yaradılmış ilk rəsmi bayker klubudur. 31 may 1989-cu ildə yaradılıb. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.