Azərbaycanda zəlzələ olub
07 avqust 2014 12:48 (UTC +04:00)

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ baş verib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, yeraltı təkanlar Lənkəran rayonunda hiss olunub. Zəlzələ Lənkəran şəhərində və rayonun bütün kəndlərində hiss edilib. 

Hadisə nəticəsində əhali təşvişə düşüb. Zəlzələnin 3-4 bal gücündə olduğu ehtimal edilir. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli faktı təsdiqləyib. Alimin sözlərinə görə, həqiqətən də Lənkəranda yeraltı təkanlar olub. Lakin hələlik zəlzələnin gücü və maqnitudası dəqiqləşdirilir: "Yaxın saatlarda ətraflı məlumat veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1355
avatar

Oxşar yazılar