Azərbaycanda telekanal prezidenti vəfat etdi
03 may 2016 17:31 (UTC +04:00)

Azərbaycanda telekanal prezidenti vəfat etdi

 

 

Bu gün günorta saatlarında İnterAz televiziya kanalının prezidenti Saleh Xudiyev Bakıda vəfat edib. 

 

Kanaldan lent.az-a verilən məlumata görə, Saleh Xudiyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Saleh Aydın oğlu Xudiyev 4 may 1955 Ağdam rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Ali təhsil almaq üçün sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verib. Oranı bitirdikdən sonra neft daşlarında çalışıb. İdarə rəisi vəzifəsinə qədər irəli çəkilib. 1986-1991-ci illər ərzində xaricə ezam olunub. Ezamiyyətdən qayıtdıqdan sonra ”Azmas” teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib. 

 

Bir müddət sonra “Mir” televiziya şirkətinə dəvət alıb. Yeni modelli bir teleşirkət qurmaq arzusu onu rahat qoymadığından “Sara” teleradio şirkətini yaradıb. Lakin bir müddət sonra bu şirkətdən uzaqlaşıb. 2000-ci ildə Moskvaya köçüb. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik edib. 

 

Allah rəhmət eləsin!

 

 

 

# 226
avatar

Oxşar yazılar