Azərbaycanda şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib
22 fevral 2016 11:30 (UTC +04:00)

Azərbaycanda şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib

0

Azərbaycanda vergidən yayınan daha bir nəfər beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 1977-ci il təvəllüdlü Adil Ələsgərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. A. Ələsgərov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

APA-nın əldə etdiyi məlumata görə, A.Ələsgərov Azərbaycanda fəaliyyət göstərən “ADF” şirkətinin prezidentidir. Adı çəkilən şirkət ölkəyə avtomobil ehtiyat hissələri gətirirmiş.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar