Azərbaycanda qıza görə dostunu öldürənə <span style="color:red;">9 İL HƏBS CƏZASI
10 oktyabr 2014 17:23 (UTC +04:00)

Azərbaycanda qıza görə dostunu öldürənə 9 İL HƏBS CƏZASI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Zəngilan rayon sakini Natiq Hüseynovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb. Lent.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, 2013-cü il sentyabrın 14-ü axşam saat 19 radələrində Sabunçu qəsəbəsində Natiq Hüseynov məhəllə dostu 26 yaşlı Elmir Quluzadə ilə N.Məlikov küçəsi, 48-də yerləşən kafeyə gediblər.

 

Pivə içərkən ümumi tanışlarının bacısından söz düşüb, qızın qardaşının dostu ilə görüşüb-görüşmədiyi barədə aralarında mübahisə düşüb.

 

Münaqişəni aydınlaşdırmaq üçün 67 saylı məktəbin yanına yollanıblar, dava vaxtı Natiq cib bıçağı ilə Elmirin sinə və qarın nahiyəsinə ümumilikdə 4 zərbə endirib. 

 

Zərərçəkən 3 saylı klinik xəstəxanada kəskin qan itirmədən vəfat edib, Hüseynov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

 

Məhkəmə prosesində Natiq Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və əməlindən peşman olmadığını qeyd edib. 

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını cəza-çəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2378

Oxşar yazılar