Azərbaycanda itkin düşən 18 yaşlı qızın meyiti meşədə basdırılıbmış
30 mart 2015 12:17 (UTC +04:00)

Azərbaycanda itkin düşən 18 yaşlı qızın meyiti meşədə basdırılıbmış

0

Bir neçə gün əvvəl itkin düşən qızın meyiti meşədə tapılıb.

 

Yerli hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncədə itkin düşən şəxs kimi axtarışda olan şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Aydın qızı Mirzəyevanın meyiti rayonun Xoşbulaq kəndi yaxınlığında meşədə basdırılmış halda tapılıb.

 

Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Elşad oğlu Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub.

 

R. Behbudzadə saxlanaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar