Azərbaycanda insanlara hücum edən vəhşi heyvan öldürüldü
27 mart 2016 19:38 (UTC +04:00)

Azərbaycanda insanlara hücum edən vəhşi heyvan öldürüldü

0

Şəkidə  çaqqal eyni vaxtda biri azyaşlı olmaqla, iki nəfəri dişləyib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 12 radələrində rayonun Baş Kəldək kənd sakinləri - 1971-ci il təvəllüdlü Fazil Cəfər oğlu Quliyev və 2003-cü il təvəllüdlü Sahibə Sahib qızı Umarova çaqqal dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.

 

 Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki,  çaqqal eyni vaxta kənd ərazisində Fazil Quliyevin sağ sarğı, Sahibə Umarovanın isə sağ budun ön səth nahiyəsindən dişləyib. Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib,  quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Məlumatda bildirilir ki, F. Quliyevi və S. Umarovanı  dişləyən çaqqal kənd sakinləri tərəfindən öldürülüb. Şəki rayon Baytarlıq idarəsinin əməkdaşları tərəfindən öldürülmüş çaqqaldan quduzluq əleyhinə nümunə götürüldükdən sonra təlimata uyğun basdırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar