<span style="color:red;">Azərbaycanda güclü partlayış : ailənin beş üzvü ağır yaralanıb
11 dekabr 2014 10:26 (UTC +04:00)

Azərbaycanda güclü partlayış: ailənin beş üzvü ağır yaralanıb

0
Lənkəran rayonunun Liman şəhərində güclü partlayış baş verib.

 

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə şəhər sakini rdiyev İsmayıl Nağdalı oğluna məxsus yaşayış evində qeydə alınıb. Yanğına keçən partlayış nəticəsində ev sahibi özü, həyat yoldaşı Elnarə Zərdiyeva, övladları Aytac, Kənan və Nərmin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların beşinin də vəziyyəti ağır qiymətləndirilir.

 

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal olunur. Partlayış baş verən ev dağılıb. Faktla bağlı araşdırma aparılır. 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar