Azərbaycanda evdə yanan qadın öldü
17 oktyabr 2019 10:33 (UTC +04:00)

Azərbaycanda evdə yanan qadın öldü

Goranboyda evdə baş verən yanğında xəsarət alan qadın xəstəxanada ölüb.
 
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, aldığı yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən, 45 yaşlı Gülçöhrə Əliyeva oktyabrın 16-da dünyasını dəyişib.  
 
Qeyd edək ki, məlum hadisə oktyabrın 11-də Goranboy rayonunun Sarov kəndində qeydə alınıb.
 
Fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 26 yaşlı Rizvan Əliyev və onun anası, Gülçöhrə Əliyeva yanıq xəsarətləri alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Oxşar yazılar