Azərbaycanda ən böyük vulkanlardan biri püskürdü
08 aprel 2013 15:14 (UTC +04:00)

Azərbaycanda ən böyük vulkanlardan biri püskürdü

 

Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib.

 

Onun sözlərinə görə, püskürmə aprelin 1-də baş verib. Ərazidə Geologiya İnstitutunun alimləri tədqiqat aparıblar: “Bu, Azərbaycanın ən böyük vulkanlarından biridir. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Vulkan ilk dəfə 1948-ci ildə püskürüb, bu, 7-ci püskürmədir”.

 

A. Əliyev deyib ki, püskürmə zamanı yer səthinə vulkan palçığı ilə yanaşı, böyük həcmdə müxtəlif tərkibli və yaşlı suxurlar da atılıb: “Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur. Bu vulkanda isə alov müşahidə olunmur”.

 

Şöbə müdirinin sözlərinə görə, vulkanın krater sahəsi çox böyük - 10 kv. km-ə yaxındır: “Vulkanın krater sahəsində bir-birindən aralı bir neçə vulkan sahəsi ayrılır. Hər dəfə hansısa ayrılan vulkan sahəsindən püskürmə olur. Azərbaycanda olan palçıq vulkanlarının 21 faizi yer səthinə bol neft çıxarır. Bu vulkan da neft çıxaran vulkandır. Tullantıların hamısına neft hopub. Xüsusi ilə qeyd eləmək lazımdır ki, yanar şistlərə də rast gəlinib. Bunlar hamısı laboratoriya şəraitində dərindən öyrəniləcək və analizlər nəticəsində həmin ərazinin neft-qaz ehtiyatları barədə dəqiq fikir əldə olunacaq”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2786
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28