29 iyun
1861. Çar hökuməti “Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə”ni təsdiq edib
1861. “Cənubi Qafqaz diyarının mərzlənməsi haqqında Əsasnamə” təsdiq edilib (mərzlənmə dedikdə torpaqlarının sərhədlərinin müəyyən edilməsi başa düşülür)
1920. Sovet Rusiyasının xarici işlər naziri G.Çiçerin V.Leninə məktub göndərərək sovet Azərbaycanına dair baxışlarını ətraflı şərh edib. O həmçinin "Azərbaycanın daxili siyasəti haqqında kifayət qədər məlumatı olmadığını” da qeyd edib
1920. Rusiya Kommunist partiyası Bakıda Şərq xalqlarının qurultayının təşkili üzrə büro yaratmağa dair göstəriş verib
1995. Sofiyada Azərbaycan və Bolqarıstan hökumətləri arasında 7 saziş imzalanıb
1998. Azərbaycan və Almaniya arasında “Hava daşımaları haqqında Saziş”ə əlavələr edilib
2001. Azərbaycan prezidenti Heydər Əliyev "Narkoloji xidmət və nəzarət haqqında" Qanunu təsdiq edib
2012. Bakıda 23-cü “Crans Montana” forumunun açılış mərasimi keçirilib...