Azərbaycanda bankdan 41 manat oğurlandı
Şəmkirdə fəaliyyəti dayandırılan bankın ofisindən oğurluq olub.
APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Samir Mustafayev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, gecə saatlarında Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən fəaliyyəti dayandırılmış banklardan birinin ofisinə qanunsuz daxil olaraq oradan ard-arda 3 dəfə avadanlıqlar oğurlayıb.
S.Mustafayevin ofisdən 41 min manatlıq avadanlıq oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
853