Azərbaycanda borcu olan 7 nəfər saxlanıldı
04 oktyabr 2019 11:07 (UTC +04:00)

Azərbaycanda borcu olan 7 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi dünən ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilən 12 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Mehman Nəbiyev

Oxşar yazılar