Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək
30 aprel 2016 22:01 (UTC +04:00)

Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək

0

Azərbaycanda Amerika Günləri festivalı keçiriləcək. Lent.az-ın ABŞ-ın  Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə,  14 – 21 may tarixlərində keçiriləcək Amerika Günlərinin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

 

Məlumata görə, festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub. Bütün tədbirlərin ictimaiyyət üçün açıq və girişin pulsuz olacağı bildirilir (bəzi istisnalar olmaqla).  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar