“Nurçu”lara qarşı növbəti əməliyyat – <span style="color:red;">silah-sursat aşkarlandı  - <span style="color:red;">YENİLƏNİB
15 aprel 2014 13:12 (UTC +04:00)

“Nurçu”lara qarşı növbəti əməliyyat – silah-sursat aşkarlandı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi dini təriqət mənsublarına mənsub şəxslərə qarşı keçirilmiş əməliyyatla bağlı növbəti məlumatı yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 11-də “Nurçu” dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov  Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur" kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb.

Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur" kitabları aşkar edilərək götürülüb. Onların izahatları alındıqdan sonra buraxılıb.

# 10702
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28