Daxili İşlər Nazirliyi son günlərdə baş vermiş bıçaqlanma hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 31-də paytaxtın Nizami rayonu H.Əliyev prospektində Zəngilan rayon sakini Ruslan Hüseynov münaqişə zəminində Bakı şəhər sakinləri Rasim Cəfərova və Kənan Camalova bıçaqla xəsarət yetirib. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynov tutulub.
Martın 31-də Sabirabad rayonunda da bir nəfər iki nəfəri bıçaqlayıb. Nərimankənd kəndində kənd sakini Elvin İmanov münaqişə zəminində həmkəndliləri Samir Soltanova və Eldar Məlikova bıçaqla xəsarət yetirib. Hadisəni tərədən şəxs tutulub.
Bundan başqa Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Elşad Babaşova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Rəşad Abdullayev və Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Rasim Əliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Qovlar şəhər sakini Elçin Qasımov da yaxalanıb.