Azərbaycanda daha bir azyaşlı yandı - YENİLƏNİB
Kürdəmirdə 2 yaşlı uşaq yanıq xəsarəti alıb.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü Elmar Eldar oğlu Osmanovun üstünə ehtiyatsızlıq nəticəsində qaynar su dağılıb. Zərərçəkən təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
11:04
Qəbələ rayonunda azyaşlı yanıq xəsarətləri alıb.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ziring kəndində qeydə alınıb.
Kənd sakini, 2018-ci il təvəllüdlü Hacıyeva Mələk Əliyar qızının üstünə qaynar su tökülüb.
Azyaşlı bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağır olduğuna görə, o, müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
602