Azərbaycanca-Ukraynaca danışıq kitabçası çap olunub
16 iyun 2014 16:10 (UTC +04:00)

Azərbaycanca-Ukraynaca danışıq kitabçası çap olunub

0

 
Azərbaycanca-Ukraynaca danışıq kitabçası ukraynalı oxuculara təqdim olunub. Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlıları Gənclər Birliyindən məlumat verilib. UAGB-nin təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin maddi dəstəyi ilə filologiya elmləri doktoru ,professor Rafiq Novruzovun hazırladığı Azərbaycanca-Ukraynaca ,Ukraynaca –Azərbaycanca danışıq kitabçasının təqdimat mərasimində Azərbaycan Səfirliyinin, diasporumuzun və Ukraynanın bir sıra ictimai təşkilatlarının nümayəndələri iştirak edib.
 
Mərasimi Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq,  2 il bundan öncə tanınmış alim, professor Rafiq Novruzovun rəhbərliyi ilə Azərbaycan Gənclər Mərkəzində Azərbaycan dili kurslarının keçirildiyini bildirib. 
 
Tədbirdə Kiyev Milli Linqvistika Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Svetlana Kozak, professorlar Tatlyana Meyzerskaya, Oleq Kişişanovsk, iqtisad elmləri doktoru Möhlət Hüseynov,Yəhudi icmaları fondunun prezidenti Arkadi Monastrskiy , Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin  əməkdaşı Həzi Aslanov, Ukrayna Gənclər Forumunun nümayəndəsi Yana Konotopenko, Səməd Vurğun adına kitabxanasının müdiri Galina Çebotaryova və  digər şəxslər çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 581

Oxşar yazılar