<b>Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə təlim keçir</b>
12 iyun 2017 10:47 (UTC +04:00)

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə təlim keçir

Azərbaycan ilə Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq, iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

 

 Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

 


Təlimlər iyunun 16-dək davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar