Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək
16 avqust 2016 10:19 (UTC +04:00)

Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək

0

 

Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də keçirilməsi planlaşdırılır.


Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar