Azərbaycan Universiteti tələbələrin etirazı ilə bağlı açıqlama yayıb
02 noyabr 2013 18:24 (UTC +04:00)

Azərbaycan Universiteti tələbələrin etirazı ilə bağlı açıqlama yayıb

Bu gün Azərbaycan Universitetində Təhsil Nazirliyinin nümayəndələri, universitet rəhbərliyi və hər bir qrup üzrə tələbə nümayəndələri ilə görüş keçirilib.


 

Universitetin Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə yazılı müraciətlər toplanıb, şifahi təklif, istək və arzular dinlənilib.

 

Qeyd olunub ki, təhsil qanunvericiliyinin və universitet əsasnaməsinin tələbləri gözlənilməklə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilir. Tədbirlərin icrası ilə bağlı olaraq aralıq imtahanlarının keçirilmə müddəti dəyişdirilib. Tələbələr tərəfindən qaldırılan məsələlərin araşdırılması, imtahanların formasının dəqiqləşdirilməsinə bir daha baxılacaq.

 

“Azərbaycan Universiteti ictimaiyyətin nəzərinə çatdırır ki, bütün hallarda ali məktəblərdə imtahanın bu və ya digər formada aparılması xüsusi əhəmiyyət kəsb etmir. Əsas olan imtahanın forması deyil, düzgün aparılması və biliklərin obyektiv qiymətləndirilməsidir. Görülən işlər haqqında ictimaiyyətə əlavə məlumat veriləcək” - deyə universitetin açıqlamasında bildirilir.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1603
avatar

Oxşar yazılar