Azərbaycan hakimlərinin UEFA kateqoriyaları açıqlandı
UEFA beynəlxalq dərəcəli hakimlərin 2019-cu ilin ikinci yarısı üçün kateqoriyalarını açıqlayıb.
APA-nın məlumatına görə, bu dərəcələr 2019/20 mövsümünün bu ilə aid hissəsində təyinatlar zamanı nəzərə alınacaq.
Elit kateqoriyasına 26, birinci kateqoriyaya 48, ikinciyə 93, üçüncüyə 107 hakim daxil edilib.
Azərbaycan hakimlərinin də dərəcələri məlum olub. Təmsilçilərimiz arasında ən yüksək reytinqə malik olan Əliyar Ağayev 1-ci kateqoriyalı referi kimi mövqeyini qoruyub. Digər iki FİFA hakimimiz Rauf Cabbarovla Rəhim Həsənov isə 3-cü kateqoriyalı UEFA hakimi kimi qalıb.
568