Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində öldü
05 iyun 2015 21:55 (UTC +04:00)

Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində öldü

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov dünyasını dəyişib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

 

Hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar