
Azadlığa çıxan sabiq icra başçısı apellyasiya şikayəti verdi
Bakı Apellyasiya Məhkəməsində Ağcabədinin sabiq icra başçısı Münsif Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkənin şəxsi anket məlumatları, onların şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı iyunun 13-ə təyin edilib.
İttiham aktına görə, M.Səfərov və Rüstəm Bayramov Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.
Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra M.Səfərov məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb və o, həbs olunub.
R.Bayramova şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb. Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb. Daha sonra həbs edilən M. Səfərovun cinayət işinə ayrıca baxılıb.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə M. Səfərov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17