Aydın Əliyev Moldovanın səfiri ilə görüşüb
24 iyun 2016 18:17 (UTC +04:00)

Aydın Əliyev Moldovanın səfiri ilə görüşüb

0

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Moldovanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə görüşüb. 

 

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Aydın Əliyev bildirib ki,   Azərbaycan-Moldova əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Moldova arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

 

Azərbaycan Gömrük Xidmətinin Moldova Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

 

George Leuka isə  Azərbaycanda diplomat kimi fəaliyyətindən məmnunluğunu bildirib, iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

 

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar