Ayaqqabısından və corabından narkotik çıxdı
04 iyun 2016 14:46 (UTC +04:00)

Ayaqqabısından və corabından narkotik çıxdı

Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı öncə sözügedən vətəndaşın ayaqqabısının hər tayında 1 ədəd olmaqla, cəmi iki ədəd bükümdə 51 ədəd həb şəklində metadon, sonra isə hər iki ayağının pəncə hissəsində, corabın altında 1 ədəd olmaqla,cəmi iki ədəd bağlamada ümumi xalis çəkisi 190.091 qram  heroin aşkar olunaraq götürülüb.

 

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 51 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1400 mq təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar