Avtomobil qaçıran şəxs ələ keçdi
04 iyun 2016 13:42 (UTC +04:00)

Avtomobil qaçıran şəxs ələ keçdi

0

 

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Bakı şəhər sakini  Ramin Cəfərova məxsus “VAZ-2106” markalı avtomobilin şüşələrini sındırmış şəxs yaxalanıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxs paytaxt sakini, əvvəllər məhkum olunmuş İsrafil Mustafayev olub.

 

 

Bundan başqa, iyunun 2-də saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakini Valeh Mustafayevə məxsus “VAZ-21013” markalı avtomobil qaçırılmışdı. Hadisəni törətmiş Bakı şəhər sakini Məlikməmməd Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ 31-ci PB-yə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar