Avtomobili satdı, cəmi 700 manat pul ala bildi 
07 dekabr 2014 13:25 (UTC +04:00)

Avtomobili satdı, cəmi 700 manat pul ala bildi 

0

Bakıda dələduzluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1976-cı il təvəllüdlü Cavadov Rəşad Sabir oğlu polisə müraciət edərək bildirib ki, avtomobil satdığı şəxs onu aldadıb. Şikayətçi qeyd edib ki, bir neçə ay əvvəl özünə məxsus “Daewoo” markalı minik avtomobilini Qoşa Qala qapısının qarşısında Mirzağa adlı şəxsə 1800 manata satıb. Həmin şəxs 700 manat pulu nağd ödəyib və qalan məbləği tezliklə çatdıracağına söz verib. Lakin avtomobili alan şəxs vədinə əməl etməyib və pulu verməkdən boyun qaçırıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar