Gəncədə avtomobildən oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də şəhər sakini Ramil Paşayevə məxsus “Toyota” markalı avtomobildən 400 manat pul, 6000 manat dəyərində qızıl əşyalar, açar və sənəd oğurlamış həmyerliləri Suliddin Abbasov və Razi Rzayev tutulublar.
Araşdırma aparılır.