Avtomobildən 47 min manat oğurlayan dəstə üzvlərinə hökm oxundu
19 dekabr 2014 17:45 (UTC +04:00)

Avtomobildən 47 min manat oğurlayan dəstə üzvlərinə hökm oxundu

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Arzu Mollayeva, İdrak Qafarov, Rəsul Bayramov, Tural Qafarov, Ariz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 

Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Arzu Mollayeva 8 il 9 ay, İdrak Qafarov 8 il 6 ay, Rəsul Bayramov 8 il, Tural Qafarov 8 il, Ariz Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
 

Qeyd edək ki, bu ilin mayın 5-də Məmmədəli Hüseynova məxsus “Hyundai” markalı avtomobildən 47000 manat pul oğurlanıb. Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ariz Ağayev, Tural Qafarov, Rəsul Bayramov , İdrak Qafarov və Arzu Mollayeva tutulublar.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar