Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun 19-cu km-də, Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan qadınlardan biri ölüb.
APA-nın şimal bürosunun məlumatına görə, 21 yaşlı Xaçmaz rayon sakini Hüseynov Mahir Həsənağa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla vurduğu 1956-cı il təvəllüdlü Qədirova Qızbəs Nurbala qızı dünyasını dəyişib.
***
18:50
Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomaşın yolun kənarında dayanan iki qadını vurub. Qəza nəticəsində Xaçmaz rayonu, Qusarçay kənd sakinləri, 1953-cü il təvəllüdlü Piriyeva Güllü Qəzənfər qızı və 1956-cı il təvəllüdlü Qədirova Qızbəs Nurbala qızı ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.