Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan avtomobil təmiri sexində yanğın baş verib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sexin içərisində avtomobil ehtiyat hissəsri 25 kv.m sahədə və sexin içərisində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Hadisə zamanı sexin qalan hissəsi və təmirə dayanmış “Mercedes” markalı avtomobil yanğından mühafizə olunub. Yanğın saat 09:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.