
Avtomobil oğrusu saxlanıldı
Bakıda avtomobil oğrusu saxlanılıb.
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Musayev aprelin 28-də saat 3 radələrində evinin qarşısından “Saipa” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır.
Qısa müddətdə avtomobil M.K.Atatürk prospektindəki evlərin birinin qarşısında tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Xəlilov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Oxşar yazılar

Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01
Bakıda 20 yaşlı qız qəfil öldü
7 iyun 2025 , 14:49
Sumqayıtda maşın aşdı, 12 yaşlı uşaq öldü
7 iyun 2025 , 12:54
Ana və 3 yaşlı qızının meyitləri tapıldı
7 iyun 2025 , 12:45
Qurban bayramında 14 mindən çox adam yaralandı
7 iyun 2025 , 10:22
Bakıda gənc oğlanın meyiti meşəlik ərazidən tapıldı
6 iyun 2025 , 19:38