Avtomobil aptekə girdi
09 may 2016 12:30 (UTC +04:00)

Avtomobil aptekə girdi

0

Balakən rayon sakininin idarə etdiyi avtomobil Zaqatalada aptekə çırpılıb.

 

 APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə mayın 8-dən 9-a keçən gecə  Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 130-cu kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

 

Balakən rayon sakini Tərlan Səiddin oğlu Vəliyev  idarə etdiyi “Friora” markalı, 99-FD 62 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşısına piyadanın çıxması səbəbində idarəetməni itirib. Nəticədə maşın yolun sol kənarında fəaliyyət göstərən, Azər adlı şəxsə məxsus aptek binasına girib. Qəza nəticəsində xəsarət alan olmasa da, aptek binasına və maşına ciddi ziyan dəyib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar