Bu gün günorta saatlarında Şabran rayonu ərazisində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları açıqlanıb.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəsarət alan şəxslər – Xaçmaz rayon, Qusarçay kənd sakini, 1941-ci il təvəllüdlü Atabalayeva Mazizət Əlibala qızı, 1959-cu il təvəllüdlü Bakı şəhər sakini Cəlilova Səmayə Ağaməhəmməd qızı, 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Cəfərov Ələsgər Məmmədağa oğlu, 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini, Hüseynova Məhbubə Əmir qızı, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini, İsmayılova Məryəm Həzrətqulu qızı, 1958-ci il təvəllüdlü Bakı şəhər sakini İsmayılova Zülhicə Əhmədağa qızı, 1939-cu il təvəllüdlü Xaçmaz rayon sakini, Aslanov Rufulla Fərəc oğlu, 1991-ci il təvəllüdlü Quba rayon sakini Məmmədova Nailə Vidadi qızı, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimova Emilya Balaqardaş qızı, 1958-ci il təvəllüdlü Xaçmaz rayon sakini Atabalayev Firdovsi Bənzər oğludur.
Xəsarət alanlardan 6-sı ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Dörd nəfər hazırda xəstəxanadadır.
Qeyd edək ki, qəza Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı sərnişin avtobusu ilə “Daewoo” markalı yük maşını toqquşub.
Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.