ATV-nin vitse-prezidentinin həyat yoldaşı intihar etdi
19 mart 2015 12:12 (UTC +04:00)

ATV-nin vitse-prezidentinin həyat yoldaşı intihar etdi

0

 

Bakıda intihar hadisəsi baş verib.

 

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar